
Türkiyədə 129 dövlət, 74 özəl və 4 fərqli statusa malik olmaqla toplam 207 universitet vardır. Özəl universitetlərin hamısından, dövlət universitetlərinin də 50-dən çoxundan sadəcə attestatla qəbul alma imkanımız vardır. Beynəlxalq imtahan nəticəsi ilə də bütün universitetlərdən qəbul alma imkanımız vardır.
Türkiyə, həm keyfiyyətli təhsil sistemi, həm də mədəni zənginliyi ilə son illərdə xarici tələbələr üçün cəlbedici təhsil mərkəzinə çevrilmişdir. Türkiyə, tələbələrə geniş imkanlar təqdim edir.
Türkiyədə fəaliyyət göstərən universitetlərin əksəriyyəti yüksək standartlı texnologiyalarla təchiz olunmuş, bir çoxu da dünya reytinqlərində yüksək yerlərdə qərarlaşır və modern tədris metodlarını tətbiq edir. Beynəlxalq standartlara uyğun proqramlar təklif edən bu universitetlərdə mühəndislik, tibb, hüquq, incəsənət, dizayn, sosial və dini elmlər və digər sahələrdə bakalavr, magistr və doktorantura proqramları mövcuddur.
Mədəniyyət və Tarixlə Zəngin Mühit
Türkiyə, Asiya və Avropa qitələrinin qovuşduğu bir ölkədir və mədəniyyəti bu unikal mövqedən təsirlənmişdir. Tələbələr, təhsil aldıqları müddətdə zəngin mədəniyyətlə tanış olmaq, tarixi abidələri və turistik məkanları görmək imkanı əldə edirlər. İstanbul, İzmir, Ankara kimi şəhərlər həm qədim tarixi, həm də müasir həyatı bir arada təqdim edir.
Təqaüd Proqramları
Türkiyədə təhsil almağı seçən xarici tələbələr üçün Türkiye Bursları adlı dövlət təqaüd proqramı xarici tələbələrə tam təhsil haqqını, yaşayış xərclərini və səyahət xərclərini qarşılayan dəstək paketidir. Bundan əlavə, universitetlərin öz daxili təqaüd proqramları da mövcuddur.
Məram Təqaüdü
Xüsusilə Türkiyə universitetlərinə yerləşdirdiyimiz tələbələr üçün ailə vəziyyətinə və təhsilindəki akademik nailiyyətinə görə təhsil aldığı şəhərdən və ixtisasından asılı olmaqla müəyyən təqaüdlərə cəlb edə bilirik. Təqaüdlər bəzən nəğd pul, ödənişsiz yataqxana və ya fərqli formalarda cərəyan etməkdədir. Yəni şəhərdən və universitetdən asılı olduğu üçün müəyyən standartlar tətbiq etmək mümkün deyildir.
Beynəlxalq Akreditasiya və Tanınma
Türkiyədə bir çox universitet və proqram beynəlxalq akreditasiya qazanmışdır. Bu isə o deməkdir ki, Türkiyədə alınan diplomlar və sertifikatlar dünyanın bir çox ölkəsində tanınır. Məzunlar öz ixtisasları üzrə xaricdə iş tapa bilir və ya akademik fəaliyyətlərini davam etdirə bilirlər.
Yaşayış Şəraiti və Münasib Xərclər
Türkiyədə tələbələr üçün yaşayış xərcləri bir çox Qərb ölkələrinə nisbətən daha münasibdir. Dövlət və özəl yataqxanalar, kirayə mənzillər və digər yaşayış variantları genişdir. Böyük şəhərlərdə belə yaşayış və gündəlik xərclər nisbətən əlverişli hesab olunur. Nəqliyyat, yemək və əyləncə üçün də münasib qiymətlər təqdim edilir. Tələbələr üçün dövlətin dəstək verdiyi yataqxanalar ən əlverişli seçimdir. Ortalama olaraq 150-250 azn-yə gündə iki dəfə (səhər-axşam) yemək-içmək, bu məkanlar son dərəcə təmiz, səliqəli, sosial-mədəni və idman fəaliyyətləri, kitabxana, komputer, internet xidmətləri təqdim edir.
Beynəlxalq Mübadilə Proqramları
Türkiyə universitetləri bir çox beynəlxalq mübadilə proqramlarında iştirak edir. Erasmus+, Mevlana və Farabi kimi proqramlar tələbələrə Türkiyədən xarici universitetlərə gedərək bir və ya iki semestr təhsil almaq imkanı yaradır.
Qəbul üçün tələb olunan sənədlər
- Şəxsiyyət vəsiqəsi
- Attestat və ya attestat əvəzi məktəbdən arayış
- 9-10-11-ci siniflərin qiymət cədvəli
- 1 ədəd 3×4 ölçüdə şəkil
İlk 3 sənəd türk dilinə tərcümə olunmalı və notariat qaydada təsdiqlənməlidir.
Türkiyədə təhsil almaq üçün nə etmək lazımdır?
Türkiyə universitetlərinə qəbul olunmaq üçün 3 yoldən biri izlənilməlidir. Bu variantları sıra ilə izah edək:
- TR-YÖS imtahanı ilə qəbul. Türkiyədə təhsil almaq üçün ən münasib variant olan proqram, bütün universitetlər üçün keçərlidir. Bu imtahana hazırlaşmaqla tələb olunan balı toplayaraq universitetlərə qəbul olunmaq mümkündür.
- SAT (Scholastic Aptitude / Assessment Test) imtahanı. Bu imtahan nəticəsini Türkiyənin bəzi universitetləri qəbul edir. İngilis dilində olan bu imtahan Türkiyə universitetlərinə qəbul olunmaq üçün TR-YÖS qədər əlverişli deyildir.
- Attestat və orta məktəbin 9-10-11-ci sinif qiymət cədvəli ilə müraciət üsulu. Bu üsulla Türkiyənin bütün özəl universitetləri və bəzi dövlət universitetləri qəbul keçirir. Hər il minlərlə abituriyent bu üsulla Türkiyə universitetlərinə qəbul olunurlar.
Mərkəzimizdə TR-YÖS hazırlığı və ATTESTAT-la qəbul proqramı çox yüksək səviyyədə aparılmaqdadır.