10 ilə yaxındır ki, Şəki şəhərində fəaliyyət göstərən Məram Tədris Mərkəzi bir neçə istiqamətdə şagirdlərə və gənclərə olan yüksək xidmətini davam etdirir. Son dörd ildir ciddi şəkildə abituriyent hazırlığına başlamış və hal-hazırda da çox uğurla davam etdirməkdədir.
Hal-hazırda iki filialda bütün qruplar üzrə abituriyent hazırlığı ən son yeniliklərlə aparılmaqdadır. Müəllimlərimiz təyin olunan dərs saatlarından başqa hər həftə əlavə dərslər keçməklə şagirlərin hazırlığını yüksəltmək üçün böyük səy göstərməkdədirlər.
- Abituriyent hazırlığı 8, 9, 10 və 11-ci sinif şagirdlərini əhatə etməkdədir.
- Dərslər yeni metodikalarla ölkəmizdə təhsil sistemi tərəfindən qəbul olunmuş Kurikulum proqramı əsasında keçirilir.
I-II-III – qrupda 5 fənn, IV – qrupda 6 fənn, V- qrupda isə 3 fənn tədris olunur.
- I qrup – Azərbaycan dili, Riyaziyyat, Fizika, Kimya, İngilis dili, İnformatika
- II qrup – Azərbaycan dili, Riyaziyyat, Coğrafiya, Azərbaycan tarixi, İngilis dili
- III qrup – Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Tarix, İngilis dili
- IV qrup – Azərbaycan dili, Riyaziyyat, Fizika, Kimya, Biologiya,İngilis dili
- V qrup – Azərbaycan dili, Riyaziyyat, İngilis dili
Dərslər
- Dərslər ixtisas qrupları üzrə 8-9-10-11-ci siniflərə hər fən həftədə 4 saat tədris olunur.
- V qrup üçün həftəlik dərs saatı hər gün 6 saat olmaqla həftədə iki gün olur.
- Dərslər saat 15:15-də başlayır.
- Dərslər 4 qrup üçün həftədə 4 gün olmaqla hər gün toplam 6 saat tədris olunur.
- Tənəffüslər 10 dq-dir. Zənglər proqram vasitəsi ilə avtomatik olaraq vurulur.
- Dərslər qrup şəklində keçirilir və hər qrup 6-10 şagirddən ibarətdir.
- Dərslər 8-9-10-11-ci siniflər üçün avqustun əvvəli, İbtidai (1-4) və Təkmilləşdirmə (5-8) sinifləri üçün isə sentyabrın əvvəli başlayır.
- Hər il yay aylarında (iyun-iyul) 1 ay tam ÖDƏNİŞSİZ dərslər təşkil edilir.
- Bütün qruplar üzrə dərslər qəbul İmtahanına 3-4 gün qalana kimi davam edir.
- Dərslər öz sahəsində kifayət qədər peşəkar və tanınmış müəllimlər tərəfindən tədris olunur.
- İmtahanlardan sonra abituriyentlərimizin topladığı ballara və qabiliyyətlərinə uyğun olaraq peşəkar müəllimlərimiz tərəfindən ixtisas seçimi edilməkdədir.
- Hər iki filialımız da yerləşdikləri bölgənin tam mərkəzində yerləşməkdə, xüsusilə Şəki şəhərinin tam mərkəzində yerləşən binamız bütün istiqamətlərə gedən marşrutların əhatəsindədir. Binalardakı sinif otaqları standart, bütün fənlərin tədrisi üçün son dərəcə əlverişlidir.
- Aylıq sınaq imtahanlarımız DİM-in qəbul proqramına uyğundur. Bu sınaqlar aylıq keçirilən mövzuları əhatə etməklə şagirdin bir ay ərzində öyrəndiyi biliklərin səviyyəsini ölçməsi baxımından son dərəcə əhəmiyyət kəsb edir.
- Aylıq sınaqlardan əlavə olaraq hər fənnin mövzularına uyğun müəllimlər tərəfindən həftəlik imtahanlar (kuizlər) keçirilir.
Nəzarət sistemimiz
- Ümumiyyətlə kurslarımız xüsusi bir proqram vasitəsi ilə idarə olunur. Bu proqram vasitəsi ilə valideynlər istədikləri vaxt öz kabinetlərinə daxil olaraq övladlarının kursdakı bütün fəaliyyətlərini izləyə bilir. Dərslərə davamiyyət, aylıq sınaqların nəticələri və s. Ona məxsus bütün məlumatlar proqramda öz əksini tapmaqdadır.
- Hər il may ayında kursumuza qəbul imtahanı keçirilir ki, bu imtahanlarda nəticələri yüksək olan tələbələr onlar üçün nəzərdə tutulmuş müəyyən güzəştlərdən yararlana bilər.
- Şagirdlərin Məram Tədris Mərkəzinə qəbul imtahanlarında topladığı yüksək ballara əsasən əldə edəcəkləri güzəştlər:
- I YER – 100 %
- II YER – 75 %
- III YER – 50 %
- IV YER – 30 %
- V YER – 20 %
Hər sinif və hər qrup üzrə ilk 3 yeri əldə edən abituriyentlər tam ödənişsiz təhsil almaqdadır.