Təkmilləşdirmə Hazırlığı

10 ilə yaxındır şagirdlərimizə xidmət göstərən tədris mərkəzimiz təkmilləşdirmə qrupu deyilən 5-6-7-8-ci siniflərin hazırlığını səhər və günorta növbəsi olmaqla kiçik qruplar şəklində aparmaqdadır.

Dərslər yeni tədris metodu olan Kurikulum sistemi əsasında tədris edilir.

Təkmilləşdirmə kurslarımızda aşağıdakı fənlər tədris olunur:

  • V  sinif  – Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Məntiq
  • VI  sinif  – Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Məntiq
  • VII  sinif  – Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Məntiq
  • VIII  sinif  – Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Məntiq

 

Dərslər

  • Dərslər siniflər üzrə 5-6-7-8-ci siniflərə həftədə 12 saat tədris olunur.
  • Dərslər saat 15:15-də başlayır.
  • Dərslər kiçik qruplar şəklində və müəllimlərin fərdi yanaşma üsulları ilə tədris olunur.
  • Dərslər sentyabrın əvvəli başlayır, may ayının sonuna qədər davam edir.
  • Dərslər öz sahəsində kifayət qədər peşəkar və tanınmış müəllimlər tərəfindən tədris olunur.

 

Hər iki filialımız da yerləşdikləri bölgənin tam mərkəzində yerləşməkdə, xüsusilə Şəki şəhərinin tam mərkəzində yerləşən binamız bütün istiqamətlərə gedən marşrutların əhatəsindədir. Binalardakı sinif otaqları standart, bütün fənlərin tədrisi üçün son dərəcə əlverişlidir.

Aylıq sınaq imtahanlarımız DİM-in qəbul proqramına uyğundur. Bu sınaqlar aylıq keçirilən mövzuları əhatə etməklə şagirdin bir ay ərzində öyrəndiyi biliklərin səviyyəsini ölçməsi baxımından son dərəcə əhəmiyyət kəsb edir.

 

Nəzarət Sistemimiz

Ümumiyyətlə kurslarımız xüsusi bir proqram vasitəsi ilə idarə olunur. Bu proqram vasitəsi ilə valideynlər istədikləri vaxt öz kabinetlərinə daxil olaraq övladlarının kursdakı bütün fəaliyyətlərini izləyə bilir. Dərslərə davamiyyət, aylıq sınaqların nəticələri və s. ona məxsus bütün məlumatlar proqramda öz əksini tapmaqdadır.

Hər il may ayında kursumuza qəbul imtahanı keçirilir ki, bu imtahanlarda nəticələri yüksək olan tələbələr onlar üçün nəzərdə tutulmuş müəyyən güzəştlərdən yararlana bilər.

Şagirdlərin Məram Tədris Mərkəzinə qəbul imtahanlarında topladığı yüksək ballara əsasən əldə edəcəkləri güzəştlər:

I    YER – 100%
II   YER – 75%
III  YER – 50%
IV  YER – 30%
V   YER – 20%