TR-YÖS-ə Hazırlıq

Xaricdə Təhsil - Məram Tədris Mərkezi

Kurs müddəti

Məram Tədris Mərkəzində TR-YÖS imtahanı üzrə hazırlaşmaq istəyənlər buyurub məntiq və riyaziyyat kurslarımıza yazıla bilərlər.

Biz sizə imtahan verdikdən sonra universitetlərə qeydiyyat və dilədiyiniz universitetlərdən birində təhsil almaq imkanını da veririk.

TR-YÖS (Yabancı Öğrenci Sınavı) türk vətəndaşı olmayan, Türkiyəyə xarici ölkədən gedən tələbələr üçün universitetə qəbul imtahanıdır. Bu imtahanı Türkiyə universitetləri müxtəlif vaxtlarda keçirir və hər universitetin qəbul olma balı da müxtəlifdir. 

İmtahanda ümumilikdə riyaziyyat, məntiq və türk dilindən bilik səviyyəsi yoxlanılır. Riyaziyyatməntiqdən birlikdə 80 test tapşırığı (35 riyaziyyat və 45 məntiq sualı olmaqla) verilir. Ümumilikdə 100 sualdan təxminən 60-70% nəticə göstərmək yaxşı hesab olunur. Təbii ki, imtahan verənlərin sıralamasındakı yeriniz digər imtahan verən tələbələrin nəticələrindən də asılıdır.

TR-YÖS Hazırlığı

TR-YÖS (Türkiyə Yabancı Öğrenci Sınavı)  türk vətəndaşı olmayan, Türkiyədəki ali təhsil müəssisələrində təhsil almaq istəyən tələbələrin girəcəyi və nəticələrini həmin müəssisələrə müraciət zamanı istifadə edə biləcəyi bir imtahandır. Bu imtahan ildə 2 dəfə oktyabr-noyabr  və may aylarında keçirilir.

  • Bu imtahan dünyada 52 ölkədə və 78 mərkəzdə Türk, Alman, Ərəb, Fransız, İngilis və Rus dillərində təşkil olunmaqdadır. O cümlədən bizim ölkəmizdə də Bakı şəhərindəki təhsil müəssisələrinin birində keçirilməkdədir.
  • TR-YÖS nəticələrinin etibarlılıq müddəti imtahan tarixindən etibarən 2 ildir.
 

Mərkəzimizdə TR-YÖS hazırlıq kursu 4 ildir ki fəaliyyət göstərir.

Demək olar ki, regionun ən yüksək səviyyəli TR-YÖS hazırlığı Məram Tədris Mərkəzi tərəfindən aparılmaqdadır. Fənlər üzrə peşəkar müəllimlərlə yanaşı əlavə olaraq Türkiyəli TR-YÖS mütəxəssisi ilə həftədə 2-3 dəfə online dərslər keçirilməkdədir. Abituriyentin 2 il ərzində çox yüksək səviyyədə hazırlaşdırılması, imtahan üçün müraciətinin edilməsi, sənədlərinin hazırlanması, qəbul prosesi və qəbuldan sonra Türkiyəyə göndərilməsi, qarşılanması, yataqxanaya yerləşdirilməsi və Türkiyədəki bütün sənədlərinin həll olunması bizim tərəfimizdən çox mükəmməl şəkildə aparılmaqdadır.

  • Dərslər riyaziyyat və məntiqdən ibarət olmaqla həftədə 12 saatdır.
  • Riyaziyyat həftədə 8 saat, məntiq isə 4 saatdır.
  • Dərslər sentyabrın əvvəli başlayır, TR-YÖS imtahanına 4-5 gün qalana qədər davam edir.
  • Dərslərin başlanma saatı qrupların formalaşmasına görə saat 15:00 – 19:00 arası müəyyənləşdirilir.
  • Riyaziyyat, cəbr (matematik) və həndəsə (geometri)-ni tam əhatə edir.
  • Məntiq isə abituriyent səviyyəsinə olaraq tənzimlənmişdir.
  • Həftədə 2 gün 1,5 saat olmaqla 3 saat Türkiyəli TR-YÖS mütəxəssisi ilə online dərslər keçirilir.
 

TR-YÖS balları necə hesablanır?

TR-YÖS bal hesablanması ÖSYM (Türkiyənin DİM mərkəzi)-nin təyin etdiyi sistemlə tənzimlənmişdir.

Digər imtahanlarda olduğu kimi TR-YÖS imtahanında da 4 səhv cavab 1 düz cavabı aparır. Əldə edilən doğru cavablardan məntiq cavabları 0,45-ə, riyaziyyatın cavabları isə 0,55-ə vurulur, TR-YÖS proqramının müvafiq daxili hesablamaları da əlavə olunmaqla namizədin balı hesablanır.

Qəbul prosesi və sənədlərin hazırlanması

Kursumuzda hazırlaşan hər bir abituriyentin imtahana giriş və qəbulu üçün tələb olunan bütün sənədlərinin hazırlanması və müraciət prosesi mərkəzimiz tərəfindən həyata keçirilir.

Qeyd edək ki, qəbula 100% zəmanət veririk.