Şəkidə keçirilən konsert proqramında “Mozaika” və “Toxuculuq” tələbələrinə sertifikatlar verildi

20.03.2016-cı il tarixində Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Türkiyənin Azərbaycandakı səfirliyi, TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) və Yunus Əmrə Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi konsert proqramında Şəki Şəhər İcra Hakimiyyəti nümayəndələri, ziyalılar və digər yüzlərlə insan iştirak edirdi.

IMG_4491IMG_4556IMG_4551IMG_4529

 

 

 

 

 

 

 

Konsertdən öncə Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta, TİKA-nın Bakı Koordinatoru Mustafa Haşim Polat və digər nümayəndələr çıxış edərək Şəkililəri salamladı və qədim dövrlərdən bəri öz sənətkarlığı ilə seçilən Şəki şəhərində bu cür yığıncaqların keçirilməsinin təsadüfi olmadığı, eyni zamanda Şəkinin 2016-cı il “Türk dünyasının mədəniyyət paytaxtı” seçildiyi qeyd olundu.

IMG_4500IMG_4526IMG_4504IMG_4501

 

 

 

Daha sonra TİKA və Şəki Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə “MƏRAM” Gənclik İnkişaf Mərkəzində təşkil olunmuş “SUMAX XALÇA TOXUCULUĞU” və “MOZAİKA” kurslarını bitirənlərə sertifikatlar təqdim olundu.

IMG_4511

IMG_4521IMG_4520IMG_4513

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tədbir iştirakçıları teatrın foyesində təşkil olunmuş sərgidə əbru (su üzərində rəsm), xəttatlıq və digər sənət nümumələri ilə tanış oldular. Sərgiyə qoyulmuş əsərlər çox böyük maraqla qarşılandı. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin “Tubil” xalq rəqsləri ansamblının konsert proqramı ilə çıxışı da salonda əyləşənlərə unudulmaz anlar yaşatdı.

IMG_4588IMG_4582 IMG_4574IMG_4592IMG_4534IMG_4568