Dünyada ən şərəfli peşələrdən bəlkə də birincisi olan müəllim peşəsinin ən gözəl tərəflərindən biri də uşaqların sevincli anlarını görmək və bu anları onlarla birlikdə yaşamaqdır. Bu məqaləmizdə gəzinti haqqında bir şey qeyd etməyəcəyik. Çünki, uşaqların simalarındakı təbəssüm, gözlərindəki sevinc hissi deyiləsi bütün sözlərdən qat-qat artığını deyir.. Bu sevinci uşaqlara yaşatdığı üçün, onlarla birlikdə öyrənib, bəzən onlarla birlikdə oynayıb və lazım gəldikdə onlar üçün bu cür fədakarlıqları edən bütün müəllimlərə, o cümlədən “MƏRAM” Gənclik İnkişaf Mərkəzinin müəllim kollektivinə mərkəzimiz adından minnətdarlığımızı bildirir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq. Elə yeni dərs ilinin başlanması və qarşıdan gələn müəllimlər günü (5 oktyabr) ilə əlaqədar olaraq müəllimlər haqqında bu sözlər yerinə düşər. Əziz müəllimlər! Necə dəyərli olduğunuzu bəlkə də unudursuz. Axı həm də müəllim çox sadə və təvazökar olur. Buna baxmayaraq, hər kəs bilməlidir ki, müəllimə qarşı edilən hörmətsizlik elə özünə edilən hörmətsizlikdir. Belə zamanlarda aşağıdakı fikirlərin müəllimlərə necə layiq olduğunu görmək mümkündür:
“Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir”; “Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram”.
Heydər Əliyev
“Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməyi, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir”
Heydər Əliyev
“Hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisi ən lazımlısıdır.