Mərkəzimizdə təşkil olunan MOZAİKA kursunda hazırlanan əsərlər Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA-nın Bakı Türk Anadolu liseyində təşkil etdiyi sərgidə nümayiş etdirildi. Mərkəzimizin tələbələri tərəfindən hazırlanan biri birindən möhtəşəm əsərlər sərgi iştirakçıları tərəfindən olduqca bəyənildi və bir çoxu satın alındı. 




