Mühasibatlıq Kursu

Mühasibatlıq kursu -Məram Tədris Mərkəzi

Kurs müddəti

Mərkəzimizdə Mühasibatlıq (1C) kurslarında ənənəvi mühasibatlıq haqqında biliklərlə yanaşı, siz müasir komputerləşdirilmiş mühasibatlıq (1C) haqqında da biliklərə yiyələnə bilərsiniz.

Dərslər həftədə 3 dəfə kiçik qruplar halında keçirilir. Kursun müddəti təxminən 3 ay davam edir.

Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.

Mühasibatlıq kursu -Məram Tədris Mərkəzi

Bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması

Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.