Əbru Kursu (Su üzərində rəsm)

Ebru - Məram Tədris Mərkəzi-3

Mərkəzimizdə Əbru (Su üzərində rəsm) kursları da digər kurslar kimi həftədə 3 dəfə saat yarım olaraq davam edir.

Əbru sənəti üzrə dərslər mərkəzimizdə başladığı dövrdən bəri uşaqların, gənclərin, yaşlı insanların belə marağına, rəğbətinə səbəb olmuş və əsasən də yeniyetmə gənclərin asudə vaxtlarını düzgün seçilmiş istirahətə ayırmaları üçün əla fürsətdir. 

Həm maraqlı, həm əyləncəli, həm də ruhu dinləndirən bu sənəti öyrənməyə sizləri də dəvət edirik.

Ebru - Məram Tədris Mərkəzi-3

Əbru sənəti elə bir maraqlı fəaliyyət növüdür ki, burada insanın daxili aləmi ortaya çıxır

Yəni nə qədər güclü rəssam olursan ol, əgər əbru işləyərkən əhval-ruhiyyən yerində olmayıbsa, bu zaman o hisslər suya da yansıyır, hətta rənglərə belə təsir edir. Qəribə səslənsə də həqiqət belədir. Ona görə də su üzərində rəsm çəkərkən insan pozitiv ruhda olmalıdır, çünki əbru mənfi enerjini qəbul etmir.

Burada işlədilən hər şey tam təbiidir. Su qatılaşdırılmış sudur və müxtəlif maddələrdən alınır. Rənglər də təbiidir. Heç vaxt solmazlar. Burada işlədilən fırçaların budaqları da fərqlidir. Yəni, qızılgül budaqlarındandır.