• 19 Mart 2024

YÖS-ə hazırlıq

“Məram” Gənclik İnkişaf Mərkəzində YÖS imtahanı üzrə hazırlaşmaq istəyənlər buyurub məntiq və riyaziyyat kurslarımıza yazıla bilərlər. Biz sizə imtahan verdikdən sonra universitetlərə qeydiyyat və dilədiyiniz universitetlərdən birində təhsil almaq imkanını da veririk.0a4b94e1-cadb-46ac-8bbb-22fd7fa04934yoz

YÖS (Yabancı Öğrenci Sınavı) türk vətəndaşı olmayan, Türkiyəyə xarici ölkədən gedən tələbələr üçün universitetə qəbul imtahanıdır. Bu imtahanı Türkiyə universitetləri müxtəlif vaxtlarda keçirir və hər universitetin qəbul olma balı da müxtəlifdir. İmtahanda ümumilikdə riyaziyyat, məntiq və türk dilindən bilik səviyyəsi yoxlanılır. Riyaziyyat və məntiqdən birlikdə 80 test tapşırığı (35 riyaziyyat və 45 məntiq sualı olmaqla) verilir. Ümumilikdə 100 sualdan təxminən 60-70% nəticə göstərmək yaxşı hesab olunur. Təbii ki, imtahan verənlərin sıralamasındakı yeriniz digər imtahan verən tələbələrin nəticələrindən də asılıdır.