• 19 Mart 2024

Sosial tədbirlər

“MƏRAM” Gənclik İnkişaf Mərkəzində xüsusi günlərdə və ya hər hansı bir mövzu ilə əlaqədar müəyyən günlərdə sosial tədbirlər keçirilir. Bu mövzular içərisində tariximiz, adət-ənənələrimiz, unudulmayacaq günlərimiz, unudulmayacaq şəxsiyyətlərimiz və digər mövzular öz əksini tapır. 

IMG_1298

Bəzi tədbirlərdə kurslarımızı bitirən tələbələrimiz sertifikatlarla təltif olunur, tarixi günlərdə tədbir iştirakçılarına qədim tariximizlə, milli mədəniyyətimizlə bağlı məlumatlar verilir, ramazan ayında iftar tədbirləri, bayram günlərində müəyyən əyləncəli proqramlar, yığıncaqlar və s. keçirilir.

IMG_9972