• 19 Mart 2024

Sınaq imtahanları

Mərkəzimizdə zaman-zaman müxtəlif sahələr üzrə Sınaq imtahanları keçirilir. “MƏRAM” Gənclik İnkişaf Mərkəzində tədris olunan kurslarda iştirak edən tələbələr üçün mütəmadi keçirilən ödənişsiz sınaq imtahanlarından əlavə olaraq, mərkəzimizdə aşağıdakı imtahanlar üzrə hazırlaşanlara da sınaq imtahanları təşkil olunur:

  • IX, XI buraxılış sinif şagirdlərinə;

  • V ixtisas qrupu üzrə imtahan vermək istəyən abituriyentlərə;

  • Müəllimlərin işə qəbulu üzrə hazırlaşıb imtahan vermək istəyənlərə;

  • Müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına hazırlaşanlara;

  • Magistratura imtahanına hazırlaşan tələbələrə və s.

454

Sınaq imtahanlarının nəticəsində imtahan verənlər testlə işləmə vərdişini, vaxtı düzgün bölüşdürmə bacarığını artırır, psixoloji olaraq imtahana daha da hazır olur və imtahan verməli olduğu proqram üzrə bilik səviyyəsini yoxlama imkanını əldə edir.