• 29 Mart 2024

Otellər üçün səyyar ingilis dili kursu

TƏKLİF PAKETİ

2015-ci ildə fəaliyyətə başlayan Məram Gənclik İnkişaf Mərkəzi təşkil etdiyi yüksək səviyyəli kurslarla qısa müddət ərzində Şəki şəhərində geniş auditoriya kütləsi qazanmışdır. Mərkəzimizdə dərslər ən müasir metodikalardan istifadə etməklə xüsusi programlar və DVD materialları əsasında keçirilir.

Şəhərimizdə son illərdə həyata keçirilən səmərəli fəaliyyətlərin müsbət nəticəsi olaraq ildən ilə xarici turistlərin sayı xeyli artmışdır. Bununla yanaşı bölgəmizdə bir birindən gözəl otellərlə turistlərə səviyyəli və keyfiyyətli xidmətlər göstərilməkdədir. Biz də öz növbəmizdə otellərdəki xidmətin səviyyəsinə dəstək vermək niyyəti ilə kollektivinizə İngilis dili kursları təklif edirik! Bizim mütəxəssisimizlə siz danışıq dilini mükəmməl öyrənə biləcək və müştərilərinizlə keyfiyyətli ünsiyyət qurma imkanı əldə edəcəksiniz.

 

TƏKLİFİN PREDMETİ:

  1. Müəssisələr arasında rəsmi müqavilə imzalanır və müəssisə endirimi tətbiq olunur

  2. Dərslər qrup şəklində təşkil edilir və hər qrup üçün həftədə 3 gün olmaqla 5 saat həcmində keçirilir

  3. Dərslər sizin müəssisənin inzibati binasında təşkil edilir.

  4. Dərslər audio və video dəstəkli təşkil edilir.

  5. Dərslərin 1-ci mərhələsi dünyada  qəbul olunmuş ən effektli dil  programlarından biri   olan “New Headway” programı əsasında keçirilir və aşağıda sadalanan qrammatik qaydalar tədris edilir.

    • To be (olmaq) feli

    • Pronouns -əvəzliklər

    • Question forms- sual formaları

    • Noun, plural, – isim, cəm

    • Present simple, future, – indiki q. m. və gələcək zaman

    • Present continuous- past simple – indiki davamedici və keçmiş zaman

  6. “New Headway “ proqramının beginner (başlanğıc) bölməsi qurtardıqdan sonra  proqram formatı “Business English“(ixtisas ingiliscəsi) şəklində dəyişdirilir və sizin işçilər üçün vacib olan termin və qaydalar tədris edilir.

  7. Ayda 1 dəfə conversation club (danışıq klubu) təşkil olunur.

Qeyd: Qruplar və qiymətlər aşağıdakı şəkildədir.

  • 2 nəfərlik qruplar üçün –       1 nəfər 40 azn

  • 3 nəfərlik qruplar üçün –       1 nəfər 30 azn

  • 4-10 nəfərlik qruplar üçün – 1 nəfər 20 azn