• 25 Aprel 2024

Magistraturaya hazırlıq

Bildiyimiz kimi magistratura imtahanında 3 fənn üzrə bilik səviyyəsi yoxlanılır:

1. Məntiq

2. İnformatika

3. İngilis dili

“MƏRAM” Gənclik İnkişaf Mərkəzində sözü gedən 3 fənn üzrə  hazırlıqlar yüksək səviyyədə, TQDK-nın proqramına uyğun olaraq və imtahan sualları əsasında aparılır. Hazırlıq, hər 3 fənn üzrə həftədə 3 dəfə saat yarım olaraq keçirilir. Magistraturaya qəbul imtahanına qədər tələbələr mərkəzimizdə bənzər suallar əsasında bir neçə dəfə imtahan olunur və səhvləri araşdırılaraq həmin test tapşırıqları fənlər üzrə müəllimlərimiz tərəfindən izah edilir. Tələbələrin uyğun vaxtları nəzərə alınmaqla hər 3 fənn üzrə dərs saatlarından əlavə vaxtlarda test tapşırıqlarının həlli, çətin mövzuların yenidən izahı və s. üçün vaxt təyin olunur.

20160228_100624