• 19 Mart 2024

Gəzintilər

Mərkəzimizdə müxtəlif kurslarda iştirak edən tələbələr üçün müəyyən vaxtlarda Azərbaycanın gəzməli, görməli yerlərinə, dilbər guşələrə, tarixi məkanlara dərsdən kənar ekskursiyalar, gəzintilər təşkil olunur. Ekskursiyalar zamanı gənclərə gedilən yerlər haqqında məlumat verilir, milli-mənəvi dəyərlərimizin qorumasının zəruriliyi, qədim tariximiz, mədəniyyət abidələrimiz və ümumilikdə mədəniyyətimizin keçdiyi böyük tarixi yollar haqqında danışılır.

sheki_xan_sarayi3

Müəyyən sahələrdə çalışan insanlarla, incəsənət xadimləri ilə, yazıçılarla görüşlərdə, tarixi muzeylərdə və daha bir çox gənclər üçün böyük maraq kəsb edən yerlərdə olmaq onlarda Vətənimizə məhəbbət hissini gücləndirir, tarixi abidələrimiz, mədəniyyətimiz haqqındakı biliklərini dərinləşdirir və gənclərə asudə vaxtlarını hansı şəkildə dəyərləndirə biləcəklərini aşılayır.

1429323013593513604_1000x669